Avtomobildə yanacaq sərfiyyatını azaltmaq üçün 5 mükəmməl yol

Avtomobildə yanacaq sərfiyyatını azaltmaq üçün 5 mükəmməl yol
Bir çox insan ictimai nəqliyyatın rahat olmaması və istədiyi zaman istədiyi yerə getmək azadlığının mümkünsüzlüyü səbəbilə şəxsi avtomobilindən istifadə etmək istəyir. İqtisadi baxımdan ictimai nəqliyyatdan istifadə etmək səmərəli olsa da günlər ötdükcə şəxsi avtomobillərin sayı çoxalır. Amma şəxsi avtomobilə sahib olmaq cərimələrə, qulluğa və ən əsası yanacağa xeyli vəsait ayırmaq deməkdir. Bir çox sürücü ''Eyni məsafəni daha az yanacaq sərf edərək necə gedə bilərəm?'', sualına cavab tapmağa çalışır. 

Sfera.az bununla bağlı 5 əsas səbəbi təqdim edir:


Təkər təzyiqini nəzarətdə saxlayın


Təkər təzyiqini davamlı olaraq nəzarətdə saxlamaq əlavə yanacaq qənaəti deməkdir. Təkərlər əsasən hər ay 2 psi hava itirir. Təkərlərinizdəki hava təzyiqinin doğru olduğundan əmin olmaq təkcə təkərlərinizin ömrünü uzatmır, eyni zamanda yol ilə müqayisədə daha az fırlanma müqaviməti baş verdiyindən yanacaq məhsuldarlığını artırır. Hava çatışmazlığı səbəbilə təkəriniz deformasiyaya uğrasa yol ilə daha çox sürtünmə səbəbilə daha artıq yanacaq sərf edərsiniz. 

 

Yükünüzü azaldın


Avtomobilinizin sərnişinləri və baqajı ilə birlikdə sahib olduğu ümumi ağırlıq nə qədər yanacaq istifadə etməyinizdə vacib bir faktordur. Avtomobil ağırlaşsa hərəkət etmək üçün daha çox yanacağa ehtiyac duyulacaq. Buna əməl etmək xüsusilə şəhər tıxaclarında vacibdir. Bir çoxumuz avtomobilimizdə ehtiyacımız olmasa belə bəzi əşyalarımızı saxlayırıq. Avtomobildə hər 50 kq ağırlıq yanacaq sərfiyyatını 1-2% artırır. Bu səbəblə, ehtiyacınız olan əsas əşyaları saxlamağınız tövsiyyə olunur.

 

Konsidionerinizi lazım olanda istifadə edin və qazını tam doldurun


Kon-r sisteminizin hər iki ildən bir qazla tam doldurulması məsləhət görülür. Kon-r sisteminin içindəki qaz miqdarı və yağ dəyərləri aşağı olanda kon-r sistemi kabində isti hava üfürməyə başlayır. Bu da kon-r motorunun soyuq hava yaratmaq üçün daha çox işləməsi deməkdir.

 

Təkərlərinizin balans yoxlanışını edin

Bu yoxlanış ilk növbədə sizin təhlükəsizliyiniz üçündür. İldə bir dəfə balans yoxlanışı etmək təkərlərinizin eyni formada və daha uzun müddət aşınmasına yardım edəcək. Əslində həm də təkərin ümumi ömrünü 20.000 km-ə qədər uzadır. Təkər balansı vaxtında edilmədiyi halda təkərləriniz fərqli nöqtələrdən aşınacaq. Bu da yol ilə sürtünməni artıracağı üçün daha çox yanacaq sərf olunacaq. 

 

Avtomobilinizə daima qulluq edin

Davamlı qulluq avtomobilinizin ən yaxşı formada qalmasını təmin etmək üçün mühim əhəmiyyət kəsb edir. Mühərrik yağı müəyyən zaman ərzində xarab olur və mühərrikin hərəkətli hissələrini yağlama prosesinə daha zəif təsir göstərir. Davamlı yağ və filter dəyişikliklərinin edilməsi mühərrikinizin yükünü azaldır və yanacağa qənaət etməyinizə gətirib çıxarır. /"Technote" 

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...