Logo

3 milyon dollarlıq "Bugatti Chiron”un müştəriləri kimlərdir?

3 milyon dollarlıq "Bugatti Chiron”un müştəriləri kimlərdir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bugatti” avtokonserninin prezidenti Stefan Vinkelman istehsal etdikləri avtomobillərin müştəriləri haqda danışıb.

Sfera.az xəbər verir ki, "Business Insider” nəşrinə müsahibə verən Vinkelman müştərilərini belə xarakterizə edib:

"Onların hamısı imkanlı adamlardır. Avtoparklarında ən azı 30 maşın olur. Həmçinin, bu adamlar adətən yaxta, gəmi, təyyarə sahibi də olurlar”.

Şirkət prezidenti əsas müştərilərinin ABŞ, Avropa, Yaxın Şərq və Yaponiyadan olduqlarını deyib.

Şirkətin sonuncu modeli "Bugatti Chiron” 3 milyon dollaradır. 2021-ci ilədək cəmi 500 ədəd buraxılacaq. Artıq maşınların hamısının alıcısı var.

İlqar

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR