Geylər sosial şəbəkələri məhkəməyə verir
22:00 / 06.04.2018
4146
2016-cı ildə Orlandoda gey klubda baş verən terror aktında sağ qalanlar sosial şəbəkələri məhkəməyə veriblər.
Sfera.az "Tsargrad.tv”yə istinadən xəbər verir ki, "Twitter", "Facebook" və "Google" Florida ştatındakı faciənin qurbanları tərəfindən məhkəməyə cəlb olunacaqlar.
Hadisədə sağ qalanlar sosial şəbəkələri İŞİD-in təbliğatını aparmaqda günahlandırırlar:
"Əgər terrorçuların postları yayılmasaydı, Mətin Orlandoya hücum etməyəcəkdi”, - məhkəməyə verilən kollektiv iddiada deyilir.
Xatırladaq ki, 12 iyun 2016-cı ildə əfqan əsilli ABŞ vətəndaşı, 29 yaşlı Ömər Mətin "Pulse” adlı gey klubda əylənənləri atəşə tutmuşdu.