"Facebook" məhdudiyyətlər qoyacaq

Facebook sosial şəbəkəsi kənar tədbiqlər tərəfindən istifadəçilərin məlumatlarının əldə edilməsinə məhdudiyyətlər qoymaq niyyətindədir.
 

Sfera.az-ın  verdiyi xəbərə görə, bu gündən etibarən Facebook (API) proqram interfeysi istifadə edən tədbiqlər qonaqlar siyahısına və "hadisə divarında” dərc edilən postlara giriş əldə edə bilməyəcək.

"Gələcəkdə yalnız tərəfimizdən təsdiq edilən və ciddi tələblərə cavab verən tədbiqlər hadisəyə giriş əldə edə biləcək”,-deyə şirkətin bəyanatında deyilir.
Bu tədbir həmçinin istifadəçilərin daxil olduğu qruplarada şamil olunur.
 

OXŞAR XƏBƏRLƏR