Logo

"Google"a 100 milyon dollarlıq layihə satan türk

"Google"a 100 milyon dollarlıq layihə satan türk
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türk dünyasında ən tanınmış iş adamlarından biri Burak Göktürkdür.

Sfera.az xəbər verir ki, o, 1976-cı ildə İstanbulda anadan olub. 1995-ci ildə universitetə imtahan verən zaman 1 milyon insan arasından 74-cü yerə çıxıb. 1999-cu ildə Boğaziçi universitetini biritib.

Üz tanıma və təqib etmə sahəsində patentlər alıb. 2000-ci ildə ABŞ-a Silikon Vadisinə gedib. Qısa bir müddət İnteldə çalışıb.Stanford Universitetində süni zəka və vizual axtarış sistemləri üzərində çalışıb.

2004-cü ildə iki dostu ilə birlikdə üz tanıma texnologiyaları sahəsində çalışan "Riya.com"u yaradıb. Layihəyə 20 milyon dollardan çox yatırıb alıblar.2006-cı ildə moda sahəsində çalışan vizual axtarış motoru "Like.com"u yaradıb.

Texnologiya sahəsində 30-ya yaxın akademik məqaləsi var və 14 fərqli patentə sahibdir.

2010-cu ildə "Like.com" layihəsi "Google" tərəfindən 100 milyon dollara satın alınıb.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR