Mark Zukerberqə zərbə - \"Facebook\" bir gündə 43 milyard dollar itirdi

Mark Zukerberqə zərbə - \
"Facebook" bu gün son 5 ilin ən pis nəticəsini göstərib. Belə ki, şirkət bir gündə 43 milyard dollar itirib. 

Sfera.az "NTV"yə istinadən bildirir ki, hazırda şirkətin dəyəri 537 milyard dollardan 494 milyarda qədər düşüb. 

İqtisadçılar baş verənlərə səbəb kimi "The New York Times"da yayımlanan məqaləni göstərirlər. Qəzet Londondakı  "Cambridge Analytica" adlı şirkətin təxminən 50 milyon "Facebook" profilindən məlumat topladığını və bu məlumatlardan ABŞ-dakı seçkilərlə yanaşı, Brexit referandumuna təsir etmək üçün istifadə  edildiyini yazıb. Bundan sonra "Facebook" şirkətinin səhmləri sürətlə dəyər itirib. Şirkətin rəhbəri Mark Zukerberq baş verənlər nəticəsində 5 milyard itirib. Belə ki, dünən 74,5 milyard dollarlıq sərvətin sahibi olan Zukerberqin hazırda 69,3 milyard dolları var. 

Lalə Nəsirova

OXŞAR XƏBƏRLƏR