Vanda Naradan İkardiyə 12 avroluq zərbə - FOTO

Vanda Naradan İkardiyə 12 avroluq zərbə - FOTO
Kateqoriya məlum deyil
T
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Vanda Nara ilə Mauro İkardi arasında davam edən gərginlik bu dəfə onlayn satış platformasına keçib. Nara argentinalı hücumçunun Argentina millisinin formasını özünün rəsmi internet saytının ikinci əl geyim bölməsində satışa çıxarıb.

Sfera.az xəbər verir ki, o, elanına “Keçmiş futbolçu” qeydi əlavə edib.

Vanda Naranın elanda forma haqqında “Orijinal forma – keçmiş futbolçu. Az istifadə olunub” qeydini yazması diqqət çəkib. Bu ifadə sosial şəbəkələrdə İkardiyə yönəlmiş istehzalı mesaj kimi qiymətləndirilib.

İkardinin formasına cəmi 12 avro qiymət qoyulub.

Mağazada digər məhsulların yüksək qiymətlərlə satışa təqdim edilməsinə baxmayaraq, İkardinin Argentina millisinin forması cəmi 20 min Argentina pesosuna — təxminən 12 avroya (23 manat) satışa çıxarılıb.

İradə Elsevər

Sfera.az

Vanda Naradan İkardiyə 12 avroluq zərbə - FOTO
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR