"Telegram"a yenilik gəlir
Kateqoriya məlum deyil
T
"Telegram" messencerinə fərdi tövsiyələr olan xəbər lenti əlavə edilə bilər.
Sfera.az xəbər verir ki, yeni funksiyaya aid xatırlatmalara macOS üçün messencerin beta versiyasının kodunda rast gəlinib. Lent iki hissəyə bölünəcək: "Əlavə edilib" və "Sizin üçün". Birinci hissədə istifadəçilər öz seçimlərini yarada biləcəklər, ikinci hissədə isə tövsiyələrə əsaslanacaqlar.
Hesabatda qeyd olunur ki, lentdə axtarış funksiyası, yeni paylaşım sayğacı, sürüşdürmə ilə yeniləmə və oxuma statusu olacaq. İstifadəçilər lentdən birbaşa paylaşıma, kanala və ya söhbətə daxil ola biləcəklər./unikal






