Hakerlər soyuduculara hücum etdi, qida məhsulları xarab oldu
Fransa və Niderlandda bəzi marketlərin dondurucu avadanlıqlarında temperatur parametrlərinin kənardan müdaxilə nəticəsində dəyişdirildiyi bildirilib. Hadisələr böyük miqdarda qida məhsulunun yararsız hala düşməsinə səbəb olub.
Sfera.az xəbər verir ki, süni intellekt üzrə mütəxəssis Merve Ayyüce Kızrak bu hadisələrin kiberhücumların yalnız məlumatların oğurlanması ilə məhdudlaşmadığını, fiziki avadanlıqlara müdaxilənin də real zərər yarada biləcəyini göstərdiyini bildirib.
Onun sözlərinə görə, marketlər, restoranlar, nəqliyyat, enerji və su sistemləri də kiber risklərlə üzləşə bilər. Belə hücumların qarşısını almaq üçün kritik avadanlıqların şəbəkələri ayrılmalı, uzaqdan giriş imkanları məhdudlaşdırılmalı və təhlükəsizlik sistemləri mütəmadi yenilənməlidir.
Mütəxəssis hadisələri birbaşa kiber müharibə adlandırmaq üçün hücumun mənbəyi və məqsədi barədə sübutların olmasının vacibliyini vurğulayıb.
İradə Elsevər






