Yalnızlıq ömrü qısaldır - Kişilər daha çox risk altındadır

Yalnızlıq ömrü qısaldır - Kişilər daha çox risk altındadır
Kateqoriya məlum deyil
T

Yeni araşdırma yalnızlıq və sosial izolyasiyanın insanın xəstəliksiz yaşadığı illərin sayına təsir göstərə biləcəyini ortaya qoyub.

Sfera.az xəbər verir ki, "Nature Communications" jurnalında dərc olunan araşdırmada 40-69 yaş arasında 277 min 489 nəfərin məlumatları təhlil edilib.

Tədqiqatın əvvəlində iştirakçıların heç birində diabet, ürək, ağciyər xəstəlikləri, demensiya, xərçəng, depressiya və təşviş pozuntusu olmayıb.

Nəticələrə görə, həm yalnızlıq, həm də sosial izolyasiya yaşayan insanların xəstəliksiz ömür müddəti daha qısa olub.

Fiziki sağlamlıq baxımından bu qrupdakı qadınların xəstəliksiz yaşadığı müddət digər iştirakçılarla müqayisədə 2,4 il, kişilərin isə 1,7 il az olub.

Psixi sağlamlıqla bağlı fərq isə daha böyük qeydə alınıb. Yalnızlıq və sosial izolyasiya yaşayan qadınların psixi pozuntulardan uzaq yaşadığı müddət təxminən 3,7 il, kişilərdə isə 5,8 il daha az olub.

Araşdırmanın müəllifləri kişilərin yalnızlığın təsirinə daha həssas ola biləcəyini bildiriblər.

Mütəxəssislər qeyd edirlər ki, sosial izolyasiya və yalnızlıq eyni anlayış deyil. Sosial izolyasiya insanın sosial əlaqələrinin azlığı ilə, yalnızlıq isə mövcud münasibətlərindən narazılıq və təklik hissi ilə əlaqələndirilir.

Araşdırmada sağlam qidalanma, müntəzəm fiziki aktivlik, kifayət qədər yuxu və siqaretdən uzaq durmağın sosial izolyasiya ilə əlaqəli sağlamlıq risklərinin bir hissəsini azaltdığı da müəyyənləşib.

Bununla belə, tədqiqat müşahidə xarakterli olduğundan yalnızlığın və ya sosial izolyasiyanın birbaşa olaraq konkret xəstəliklərə səbəb olduğunu sübut etmir.\\milli.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR