Dua Lipa başında stəkanla rəqs etdi

Dua Lipa başında stəkanla rəqs etdi
Kateqoriya məlum deyil
T

Dünyaca məşhur müğənni Dua Lipa ailəsinin vətəni Kosovada əmisi qızının toy mərasimində iştirak edib. Konsert proqramına qısa fasilə verən sənətçi ailə üzvləri ilə birlikdə toyda əylənib.

Sfera.az xəbər verir ki, Dua Lipa gecə ərzində ənənəvi alban musiqilərinin sədaları altında rəqs edib və maraqlı hərəkəti ilə diqqət çəkib.

Toydan yayılan görüntülərdə Dua Lipanın əyləncənin mərkəzində olduğu görünür. Məşhur müğənni başının üzərinə yerləşdirdiyi stəkanı yerə salmadan musiqinin ritminə uyğun rəqs edib.

Qonaqların alqışlarla müşayiət etdiyi həmin anlar qısa müddətdə diqqət çəkib.

Dua Lipanın toy mərasimində ailə üzvləri ilə birlikdə iştirak etdiyi bildirilib. Kosovadakı ailə görüşündə ənənəvi musiqilər sədaları altında əylənən müğənni səhnədən kənardakı səmimi və şən görüntüləri ilə də diqqət çəkib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR