Bu bürclərin həyatında böyük dəyişikliklər olacaq – Uğur qapıdadır

Ötən gün baş verən dolunaydan sonra üç bürcün həyatında yeni mərhələnin başlayacağı iddia olunur.
Sfera.az xəbər verir ki, "YourTango"ya istinadən xəbər verir ki, astroloji proqnoza görə, uzun müddətdir onları geridə saxlayan bəzi məsələlər artıq keçmişdə qala bilər.
Qız
Qız bürcləri bir müddətdir həyatlarında dəyişiklik etməyin vacib olduğunu hiss edirlər. Lakin qərar vermək üçün uyğun zamanı gözləyirdilər. Dolunayın onların daha cəsarətli addımlar atmasına təkan verəcəyi bildirilir.
Bu dövrdə Qızlar başqalarının fikrindən daha az asılı olacaq və verdikləri qərarın arxasında dayanmağa çalışacaqlar. Köhnə bir mərhələni geridə qoyaraq həyatlarında yeni səhifə açmaq üçün fürsət yarana bilər.
Tərəzi
Tərəzilər həyatlarında yeni mərhələyə keçdiklərini hiss edə bilərlər. Əvvəllər səbr və zəhmət tələb edən işlərin nəticələri tədricən görünməyə başlaya bilər.
Dolunay onlara əlavə enerji və qərarlılıq verəcək. Tərəzilər keçmişdə yaşadıqları narahatlıqları geridə qoyaraq qarşılarına çıxan yeni imkanlara fokuslana bilərlər. Uzun müddət həllini gözləyən bəzi məsələlərdə də nəhayət son nöqtə qoyula bilər.
Dolça
Dolçalar üçün dəyişiklik etmək həmişə asan olmur. Onlar adətən öz qaydalarına üstünlük verir və formalaşmış yanaşmalarından uzaqlaşmağa tələsmirlər.
Lakin bu dövrdə fərqli düşünmək və yeni variantları nəzərdən keçirmək onlar üçün faydalı ola bilər. Adi yanaşmadan kənara çıxmaq Dolçaların əvvəllər görmədikləri imkanları fərq etməsinə səbəb ola bilər./demokrat






