Hətta sevdiklərinə də xəyanət edən -Bürclər

Hətta sevdiklərinə də xəyanət edən -Bürclər
Kateqoriya məlum deyil
T

Ümumiyyətlə belə hesab olunur ki, xəyanət bir-birinə olan marağını itirmiş tərəfdaşlar arasındakı münasibətlərin soyumasının əlamətidir.

Bununla belə, elə hallar olur ki, hisslər hələ soyumamış tərəf-müqabil yenə də xəyanət edir və bu, həm sevdiyi insanı, həm də ətrafdakıları heyrətə salır.

Sfera.az-ın xəbərinə görə, astroloqlar sevdikləri insanlara belə xəyanət edən bürc sahiblərini müəyyən ediblər:

Qoç

Qoç bürcü altında doğulanlar, xüsusilə kişilər (baxmayaraq ki, qadınlar da tez-tez bu cür davranmağa meyllidirlər) özlərini fateh kimi görürlər: nə qədər çox "qənimət" əldə etsələr, bir o qədər yaxşıdır, çünki bu, onların özünəinamını artırır. Eyni zamanda, onlar xoşbəxt ailə həyatının öz romantik macəraları ilə heç bir əlaqəsi olmadığına inanırlar.

Oxatan

Oxatanlar daim yeni təcrübələr axtarışındadırlar və bu baxımdan, şəxsi münasibətlər yalnız onların səyahətə olan həvəsi ilə rəqabət apara bilər. Eyni zamanda, onlar dərindən arzulayırlar ki, istər uzaq səfərlərdən, istərsə də romantik macəralardan qayıdarkən evdə onları sevən bir tərəfdaş, heç kimə dəyişməyəcəkləri bir insan olsun.

Oğlaq

Oğlaqlar həyatlarının sabit bir parçası olan ailə ilə sadəcə müvəqqəti xarakter daşıyan ötəri eşq macəraları arasında dəqiq fərq qoymağı bacarırlar. Ömürləri boyu müxtəlif müddətli bir çox romantik münasibət yaşasalar da, nəyin bahasına olursa-olsun itirməyi gözə ala bilmədikləri sevdikləri insanın yanına həmişə geri dönürlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR