Ebru Şallıdan itirdiyi oğlu Pars üçün duyğusal paylaşım

Kateqoriya məlum deyil
T
Türkiyəli model və aparıcı Ebru Şallı dünyasını dəyişən oğlu Parsı doğum günündə sosial media hesabında etdiyi duyğusal paylaşım ilə yad edib.
Sfera.az xəbər verir ki, Şallı oğlu ilə çəkdirdiyi fotoları paylaşaraq ona olan həsrətini dilə gətirib. “Mələk Ponçiğim, yaxşı ki doğuldun. Bir il də sənsiz keçdi. Mən həmişə səninləyəm, canım oğlum. Sənsiz çox darıxıram, bunun tarifi yoxdur. Kaş bu gecə səni yuxumda görə bilim. Xahiş edirəm, artıq uşaqlar ölməsin”, – deyə o yazıb.

Paylaşımına çoxsaylı dəstək mesajları alan Şallı daha əvvəl övlad itkisi ilə bağlı açıqlamasında bu ağrını yaşayan analara həyatdan qopmamaları barədə müraciət edib. O, işləməyi, ailəyə sarılmağı və həyatla bağları qorumağı tövsiyə edib.
Mənsumə






