Azərbaycanda qala gecəsi təşkil edildi - FOTO

Kateqoriya məlum deyil
T
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində qala gecəsi təşkil edilib.
Sfera.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, qala gecədə müxtəlif ölkələri təmsil edən dövlət rəsmiləri, qlobal investorlar, beynəlxalq maliyyə instutlarının, beyin mərkəzlərinin nümayəndələri və biznes liderləri iştirak edib.
Tədbirdə Azərbaycan musiqisinin nümunələri səsləndirilib.












