135 milyon illik nəhəng tapıldı – Caynaqları alimləri heyrətləndirdi

135 milyon illik nəhəng tapıldı – Caynaqları alimləri heyrətləndirdi
Kateqoriya məlum deyil
T

Çində paleontoloqlar elmə indiyədək məlum olmayan yeni dinozavr növünün qalıqlarını aşkar ediblər.

Sfera.az xəbər verir ki, yeni növə Kayrasaurus changliensis adı verilib.

Çin və ABŞ alimlərinin araşdırdığı fosil skelet Çinin qərbi Liaonin əyalətində, yaşı təxminən 121–135 milyon il olan süxur qatında tapılıb.

Skelet təxminən 3,6 metr uzunluğunda gənc fərdə məxsus olub. Alimlərin hesablamalarına görə, onun çəkisi 117–274 kiloqram arasında dəyişib. Yetkin fərdlərin isə bundan xeyli böyük olduğu ehtimal edilir. Yeni növ Jehol biotasında yaşamış terizinozavrlar qrupuna daxildir. Bu dinozavrlar iki ayaq üzərində hərəkət etmələri, ön ətraflarındakı nəhəng və iti caynaqları, kiçik başları, uzun boyunları və yarpaq formasındakı dişləri ilə fərqləniblər.

Tədqiqatçılar Kayrasaurus changliensis-in digər məlum terizinozavrlardan nəzərəçarpacaq dərəcədə böyük olduğunu bildirirlər. Tapıntının bu dinozavrların morfoloji təkamülü və ətraf mühitə uyğunlaşması barədə yeni məlumatlar verdiyi qeyd olunur./Musavat.com

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR