Ancelina Coli 24,75 milyon dollarlıq malikanəsini satdı

Ancelina Coli 24,75 milyon dollarlıq malikanəsini satdı
Kateqoriya məlum deyil
T

ABŞ-li aktrisa Ancelina Coli Los-Ancelesdəki tarixi malikanəsini 24,75 milyon dollara satıb. Mülkün satışı ilə aktrisanın şəhərdən ayrılmaq planı da gündəmə gəlib.

Sfera.az xəbər verir ki, Coli 2017-ci ildə Los-Ancelesin Los-Felis bölgəsində yerləşən evi 24,5 milyon dollara almışdı.

Bir vaxtlar məşhur rejissor Sesil B. DeMille-ə məxsus olan malikanə təxminən 11 min kvadratmetr yaşayış sahəsinə malikdir və 2,1 hektarlıq ərazidə yerləşir. Evdə 6 yataq otağı və 10 hamam, həmçinin qonaq evi, hovuz evi, fitnes studiyası və çay evi var.

Aktrisa 2026-cı ilin mayında malikanəni 29,85 milyon dollara satışa çıxarmışdı. Lakin əmlak nəticədə 24,75 milyon dollara satılıb.

Coli daha əvvəl Los-Ancelesdən ayrılmaq və uşaqlarının 18 yaşına çatmasından sonra xaricdə daha çox vaxt keçirmək istədiyini açıqlamışdı. Onun xüsusilə Kambocada daha çox vaxt keçirməyi planlaşdırdığı bildirilir. Aktrisanın burada evi və fəaliyyət göstərən fondu var.

Hazırda Colinin özünə yeni daimi yaşayış yeri müəyyənləşdirmədiyi qeyd olunur.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR