Mohamed Salahın transferi Trabzonda evləri bahalaşdırdı

Kateqoriya məlum deyil
T
Türkiyənin “Trabzonspor” klubuna transfer olunan ulduz futbolçu Məhəmməd Salahın adı bu dəfə daşınmaz əmlak elanında gündəmə gəlib.
Sfera.az xəbər verir ki, Salahın transferindən sonra Trabzonda futbolçuya olan maraq fərqli sahələrdə də özünü göstərməyə başlayıb. Belə ki, klubun ev oyunlarını keçirdiyi Papara Parkın yaxınlığında yerləşən üçmərtəbəli villa satışa çıxarılıb.
Stadiondan təxminən 500 metr məsafədə yerləşən villa üçün 31 milyon türk lirəsi qiymət müəyyənləşdirilib. Elanın diqqətçəkən tərəfi isə satışda “Məhəmməd Salaha qonşu ol” ifadəsindən istifadə edilməsidir.
Beləliklə, futbolçunun transferi yalnız idman gündəminə deyil, onun yaşadığı əraziyə yaxın daşınmaz əmlak elanlarına da təsir göstərib.
İradə Elsevər






