Xudutəpə qədim yaşayış məskənində ocaq qurğuları aşkarlanıb

Kateqoriya məlum deyil
T
Cəlilabad rayonunun Çəmənli kəndi ərazisində yerləşən Xudutəpə yaşayış məskənində arxeoloji qazıntı işləri aparılır.
Muğan tunc-ilk dəmir dövrü arxeoloji ekspedisiyasının rəhbəri, dosent Anar Ağalarzadənin Sfera.az-ın Muğan bürosuna verdiyi məlumata görə, Xudutəpə çoxtəbəqəli qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı gildən hazırlanmış ocaq qurğuları və onların qalıqları aşkar edilib.
Diametri 40-45 santimetr olan bu qurğuların yemək bişirilməsi məqsədilə istifadə edildiyi ehtimal olunur.
Onun sözlərinə görə, uzunmüddətli oddan istifadə nəticəsində ocaqların daxilində narın kül təbəqəsi əmələ gəlib. Bu tapıntıların son tunc – ilk dəmir dövründə istifadə edildiyi ehtimal edilir. Hazırda qazıntı işləri davam etdirilir.






