Ronaldonun yoldaşını çəkən fotoqraflar gündəm oldu

Ronaldonun yoldaşını çəkən fotoqraflar gündəm oldu
Kateqoriya məlum deyil
T

Kriştiano Ronaldonun həyat yoldaşı Georgina Rodriqezi çəkən fotoqrafların başqa bir qadına sərt və laqeyd münasibəti sosial şəbəkələrdə böyük reaksiyaya səbəb olub.

Sfera.az xəbər verir ki, Rodriqezin qatıldığı tədbirlərdən birində maraqlı anlar yaşanıb.

Fotoqraflar Rodriqezi lentə alarkən başqa bir qadın da kadra daxil olaraq onlara görüntü verməyə çalışıb.

Lakin fotoqrafların qadına qarşı laqeyd və sərt davranması diqqət çəkib. Qadının çaşqın və pərt olduğu anlar kameraya düşüb.

Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb. İstifadəçilər fotoqrafların davranışını tənqid edərək bunu “ayıb”, “utancverici” kimi qiymətləndiriblər.

Bəzi istifadəçilər insanların yalnız tanınmışlığına və məşhurluğuna görə fərqli münasibətlə qarşılaşmasının düzgün olmadığını vurğulayıblar.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR