Yadplanetlilərlə bağlı sənəd yayıldı: müraciətlər rekord həddə çatdı

Almaniyada naməlum uçan obyektlərlə (UFO) bağlı müraciətlərdə rekord artım müşahidə olunur.
Sfera.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Mərkəzi Qeyri-adi Səma Hadisələrinin Tədqiqat Şəbəkəsinin (CENAP) direktoru Hansyürgen Köler bildirib ki, təşkilata hər gün 3-6 belə məlumat daxil olur:
“2026-cı ilin avqustuna qədər CENAP Almaniyada UFO-larla bağlı təxminən 14 min hadisəni araşdırıb. İnsanlar ən çox təyyarələri, peykləri, meteorları, hava şarlarını və lazer şoularının işıqlarını yadplanetlilərin gəmiləri ilə səhv salırlar”.
“Euronews” yazır ki, UFO-lara marağın yenidən artmasının səbəblərindən biri ABŞ Pentaqonunun məxfi sənədləri açıqlaması ola bilər.
Bununla belə, CENAP rəhbəri bildirib ki, açıqlanan materialların böyük hissəsi onlar üçün yeni deyil./globalinfo






