“Samsung Galaxy A” seriyası istifadəçilərinin diqqətinə

“Samsung Galaxy A” seriyası istifadəçilərinin diqqətinə
Kateqoriya məlum deyil
T

“Samsung Galaxy A” seriyasının istifadəçiləri üçün yeni təhlükəsizlik yeniləməsi yayımlanmağa başlayıb. Şirkət 2026-cı ilin iyul ayına aid proqram təminatı yeniləməsi ilə smartfonlardakı 57 təhlükəsizlik boşluğunu aradan qaldırıb.

Sfera.az xəbər verir ki, Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” istifadəçilərin məlumat təhlükəsizliyini artırmaq məqsədilə “Galaxy A” seriyasına yeni təhlükəsizlik paketini təqdim edib.

Yeniləmə ilk olaraq iyul ayının ortalarında “Galaxy A55” modeli üçün yayımlanıb. Hazırda isə digər uyğun cihazlar üçün də əlçatan olmağa başlayıb.

Yeni paketə “Android” sistemi və “One UI” interfeysində təhlükəsizliyi gücləndirən ümumilikdə 57 mühüm yamaq daxildir. Bu yeniliklər cihazların daha stabil və təhlükəsiz işləməsinə kömək edəcək.

Hazırda yeniləmə “Galaxy A56”, “Galaxy A55”, “Galaxy A35” və “Galaxy A25” modelləri üçün mövcuddur. İstifadəçilər yeniləməni telefonun Parametrlər → Proqram təminatı yeniləməsi bölməsindən yoxlayaraq quraşdıra bilərlər.

Qeyd edək ki, “Samsung” yaxın zamanda yeni nəsil qatlanan smartfonları ilə birlikdə “One UI 9” interfeysini rəsmi olaraq təqdim etməyə hazırlaşır. Yeni proqram təminatının qeyri-premium “Galaxy A” seriyası modellərinə isə sentyabr ayından etibarən təqdim ediləcəyi gözlənilir.

Mənsumə

Sfera.az

PAYLAŞ