Məşhur bloqqerə çılpaq təyyarəyə minməyə icazə verilmədi

Məşhur fitnes influenceri Edda Pietsch qalmaqal mərkəzinə düşüb. “Lufthansa” işçisi onun təyyarəyə minməsinə icazə verməyib, iddialara görə, o, çox açıq paltar geyinib.
Sfera.az bildirir ki, 25 yaşlı qadın sosial mediada münaqişəni təsvir edən video paylaşıb. O, hadisənin isti havada, temperaturun təxminən 30 dərəcə Selsiyə çatdığı bir vaxtda baş verdiyini qeyd edib.
Edda təyyarəyə minmə biletini skan etməyə çalışarkən aviaşirkət nümayəndəsi onu saxlayıb və əlavə izahat vermədən "Təyyarəyə minə bilməzsən" deyib. Səbəbi soruşulduqda, ona "Çılpaqsan" deyilib.
Qız idman geyimində olsa da, ona gödəkçə geyinməsi tapşırılıb. Amma bu belə kifayət etməyib, o, uçuşa buraxılmazdan əvvəl gödəkçəni tamamilə bağlamalı idi.
Edda iddia edir ki, aviaşirkətin müəyyən bir geyim qaydası tətbiq etmək hüququ yoxdur. O, bu yanaşmadan qəzəblənib.
"Əgər qaydalar varsa, mən onlara əməl edirəm. Amma mənə həmin qaydaları göstərin"- deyə o bildirib.
“Lufthansa” aviaşirkəti şikayətləri qismən qəbul edərək, bloqqerin təsvir etdiyi danışıq üslubunun daşıyıcının standartlarına cavab vermədiyini və bu cür sözlərin işçilər tərəfindən istifadə edilməməli olduğunu bildirib.
Eyni zamanda, “Lufthansa” sərnişinlərə xatırladıb ki, daşıma şərtlərinə görə, onlardan "ictimai səfərin xarakterinə uyğun" geyinmək və digər sərnişinlər üçün narahatlıq yaratmamaq tələb olunur.
İşçilərin vəziyyəti öz mülahizələrinə uyğun qiymətləndirmək hüququ var. Aviaşirkət həmçinin şikayətlərə cavab verəcəyinə və bu cür halları araşdıracağına söz verib.
Qeyd etmək lazımdır ki, dünya üzrə aviaşirkətlər təyyarədə münaqişələrin qarşısını almaq və təhlükəsizlik qaydalarına riayət etmək üçün "uyğunsuz" görünüşlü sərnişinlərə təyyarəyə minməyi qadağan etmək hüququnu özündə saxlayır. Lakin "uyğunsuz" görünüş anlayışı qeyri-müəyyən olaraq qalır və fərdi işçinin subyektiv qiymətləndirməsindən asılıdır.
Xatırladaq ki, Edda Pietz "Ex on the Beach" və "Sommerhaus der Stars" realiti şoularında iştirak edən tanınmış bloqqerdir. Onun “TikTok”da 637.000, “İnstaqram”da isə 552.000 izləyicisi var.
Aynil
