"WhatsApp"da bu xidmətlər ödənişli olur

“WhatsApp”da “kanallar” funksiyasının daha da inkişaf etdirilməsi üzərində işlər aparılır.
Sfera.az xəbər verir ki, əsas diqqət monetizasiya imkanlarına yönəlib. Planlaşdırılan yeniliklərə görə, kanal sahibləri gələcəkdə izləyicilərdən abunəlik haqqı tələb edə biləcək. Bu sistem sayəsində istifadəçilər yalnız ödəniş etdikləri kanallardan eksklüziv məzmun əldə edəcəklər.
Ödənişli kontent modeli ilə birlikdə kanal sahiblərinin daha keyfiyyətli və xüsusi paylaşımlar etməsi hədəflənir. Bu, xüsusilə media qurumları, bloggerlər və brendlər üçün yeni gəlir mənbəyi yaradacaq.
“WhatsApp” həmçinin kanallar üçün fərqli abunə səviyyələri üzərində də testlər aparır. Bu, istifadəçilərə müxtəlif qiymət və məzmun paketləri seçmək imkanı verə bilər./metbuat.az
