Logo

Hadisə son görüntüsü ilə diqqət çəkdi

Hadisə son görüntüsü ilə diqqət çəkdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

40 yaşlı məşhur pop ulduz Hadisə bu dəfə sosial şəbəkədə paylaşdığı makiyajsız və təbii fotolarla gündəmə gəlib. Açıqlamaları və paylaşımları ilə tez-tez xəbər başlıqlarında yer alan sənətçi “İnstagram” hesabında tətilindən yeni görüntülərini izləyiciləri ilə bölüşüb.

Sfera.az xəbər verir ki, konsert marafonuna qısa fasilə verən müğənni istirahət zamanı çəkilmiş fotolarda həm təbii görünüşü, həm də fit bədən quruluşu ilə diqqət çəkib. Makiyajsız şəkildə kamera qarşısına keçən Hadisənin bu paylaşımı qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb və izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Bir çox sosial media istifadəçisi onun təbii görünüşünü tərifləyən şərhlər yazıb.

Qeyd edək ki, sosial şəbəkələrdə aktivliyi ilə tanınan Hadisənin “Instagram” hesabını 13,8 milyon izləyici izləyir və paylaşımları qısa zamanda minlərlə bəyənmə qazanır.

Mənsumə

Sfera.az

Hadisə son görüntüsü ilə diqqət çəkdi — foto 1
Hadisə son görüntüsü ilə diqqət çəkdi — foto 2
Hadisə son görüntüsü ilə diqqət çəkdi — foto 3
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR