Bu ayaqqabıları geyinən turistlər cərimələnəcək

Bu ayaqqabıları geyinən turistlər cərimələnəcək
Kateqoriya məlum deyil
T

İtaliyanın ən məşhur turizm məkanlarından biri olan Çinkve Terre Milli Parkında turistlər üçün yeni və sərt qaydalar tətbiq olunub. Möhtəşəm təbiəti və rəngarəng sahil şəhərləri ilə tanınan bölgədə artıq uyğun olmayan ayaqqabılarla yürüyüş marşrutlarına çıxmaq qadağandır.

Sfera.az xəbər verir ki, park rəhbərliyinin qərarına əsasən, açıq və yürüyüş üçün uyğun hesab edilməyən ayaqqabılarla dağlıq və dik cığırlarda hərəkət edən ziyarətçilər cərimələnə bilərlər. Rəsmilərin sözlərinə görə, bu qərar son illərdə artan bədbəxt hadisələrin qarşısını almaq məqsədi daşıyır.

Çinkve Terredə yalnız ayaqqabı ilə bağlı qaydalar deyil, digər məhdudiyyətlər də qüvvədədir. Turist axınını tənzimləmək məqsədilə bəzi yürüyüş marşrutlarında, xüsusilə Monterosso–Vernazza xəttində müəyyən saatlarda birtərəfli hərəkət sistemi tətbiq olunur.

Bundan başqa, əraziyə giriş üçün “Çinkve Terre Kartı”nın alınması məcburidir. Gündəlik əsasda satılan bu kart ziyarətçilərə parkın müxtəlif xidmətlərindən və yürüyüş yollarından istifadə etmək imkanı yaradır.

Rəsmilər yay mövsümünün başlanması ilə nəzarətin daha da gücləndirildiyini açıqlayıb və turistlərə səfər zamanı mütləq uyğun yürüyüş ayaqqabıları seçməyi tövsiyə ediblər.

Mənsumə

Sfera.az

PAYLAŞ