Acun Ilıcalıdan duyğusal paylaşım

Kateqoriya məlum deyil
T
Türkiyənin tanınmış televiziya siması Acun Ilıcalı Atalar Günü münasibətilə qızları ilə çəkdirdiyi ailə fotosunu sosial media hesabında izləyiciləri ilə bölüşüb.
Sfera.az xəbər verir ki, şəxsi həyatı və övladlarına olan bağlılığı ilə tez-tez gündəmə gələn Ilıcalı bu xüsusi gündə də ənənəsini davam etdirib.
Məşhur televiziyaçı Atalar Günündə üç qızı ilə bir araya gələrək xatirə fotosu çəkdirib. Paylaşım qısa müddətdə minlərlə bəyənmə və çoxsaylı şərh toplayıb.
Acun Ilıcalı fotonu paylaşarkən “Yalnız birimizin əskikliyi var” qeydini yazıb və böyük qızı Banu Ilıcalını etiketləyib.
Ailə fotosu sosial şəbəkələrdə izləyicilər tərəfindən maraqla qarşılanıb.
Mənsumə


