Milyarder sərvətini xeyriyyə təşkilatına bağışlayıb

Fransız əczaçılıq şirkətinin milyarder varislərindən biri Henri Bofur 4 milyard dollarlıq sərvətini xeyriyyə təşkilatına vəsiyyət edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Fransiyanın nəhəng qlobal bioəczaçılıq şirkəti olan "Ipsen" firmasının varisi, milyarder iş adamı Henri Bofur keçən il 60 yaşında dünyasını dəyişib.
Şirkət sənədlərinə görə, Henri Bofurun vəsiyyət planı bu ayın əvvəlində qüvvəyə minib.
Həmin vəsiətə görə onun sərvəti adı açıqlanmayan xeyriyyə cəmiyyətinə veriləcək.
Bofurun və 62 yaşlı bacısı Anne Paris Fond Birjasında ticarət edilən şirkətdə bərabər paylara sahib idilər və birlikdə səsvermə hüquqlarının təxminən üçdə ikisinə nəzarət edirdilər. Bacı-qardaşlar illərdir ictimaiyyətin diqqətindən kənarda qalıblar və Henrinin ölümündən sonra onların dividendlərinin necə xərcləndiyi və ya Kurasaoda qurulan dəniz trestinə başqa hansı təlimatların verildiyi barədə ictimaiyyətə çox az məlumat verilib.
"Bloomberg Billionaires" İndeksinə görə, Henrinin 26 faizlik payı 3,4 milyard avro (3,9 milyard dollar) dəyərindədir.
Vasif
