Maykl Ceksonun keçmiş həyat yoldaşı küçədəki görünüşü ilə hər kəsi şoka saldı - Fotolar

Maykl Ceksonun keçmiş həyat yoldaşı Debbi Rou nadir hallarda evindən kənarda görünür. Paparassilər bu yaxınlarda onu Kaliforniyanın Palmdale şəhərində küçədə öz işləri ilə məşğul olarkən çəkiblər.
Sfera.az bildirir ki, 67 yaşındakı Debbi Rou jurnalların üz qabığında daim olduğundan tamamilə fərqli görünür.
Maykl Ceksonun iki uşağının anası 67 yaşlı Debbi Rou yumoristik şüar yazılmış köynək, geniş cins şalvar və bej rəngli loferlərlə görüntülənib.
Çiyinlərinə qədər sarı saçları artıq ağarır. Üzü demək olar ki, makiyajsızdır. Bəziləri onun görünüşündəki dəyişiklikdən narahat olublar. O, bir neçə il əvvəl necə göründüyünə nisbətən xeyli arıqlayıb.
"O, anoreksiyadan ölə bilər”, Maykl Ceksonun böyük bacısı da arıqlıqdan əziyyət çəkir”-deyə izləyicilər yazıblar.
Qeyd edək ki, Debbi Rou 1980-ci illərdə Maykl Ceksonun dermatoloqunda tibb bacısı işləyərkən tanış olub. Cütlük 1996-cı ilin noyabr ayında Avstraliyada, Liza Mari Preslidən boşandıqdan qısa müddət sonra evlənib.
Cütlüyün iki övladı var: oğlu Prins və qızı Paris. Cütlük 2000-ci ildə ayrılıb və bir il sonra Rou rəsmi olaraq valideynlik hüququndan imtina edib və məhkəmədə uşaqların qəyyumluğunun Ceksona məxsus olduğunu bildirib.
Debbi qızı ilə münasibətlərini təxminən 2013-cü ildə yenidən bərpa edib. Paris onların münasibətlərini dostluq və analıq arasındakı qarışıqlıq kimi təsvir edir: onlar eyni musiqini dinləyirlər və Paris anasına yeni banjo mahnıları göndərir. Rounun oğlu Prinslə əlaqəsi olub-olmadığı məlum deyil.
Rounu hələ də narahat edən mövzu Ceksonun ölümüdür. 2009-cu ildə müğənni dərmanların təsiri ilə ürək tutmasından vəfat edib. Onun şəxsi həkimi Konrad Murrey qəsdən adam öldürməkdə məhkum edilib. Lakin Rou günahın bir hissəsini öz üzərinə götürür.
Sənədli filmdə o, hətta göz yaşlarına boğularaq: "Mən nəsə etməli idim - amma etmədim." O iddia edir ki, dermatoloq Arnold Klein mütəmadi olaraq Ceksona güclü ağrıkəsicilər təyin edirdi, o da buna etiraz etmirdi və indi peşimandır.
Aynil




