İvana Sert əzələli görünüşünün sirrini açıqladı

46 yaşlı modelyer, model və aparıcı İvana Sert sosial şəbəkədə etdiyi son paylaşımı ilə diqqət mərkəzinə düşüb. Uzun illərdir sağlam qidalanma və idmanı həyat tərzinə çevirən məşhur sima fit və əzələli görünüşünün sirrini izləyiciləri ilə bölüşüb.
Sfera.az xəbər verir ki, bir vaxtlar moda yarışmalarının ən çox axtarılan simalarından biri olan İvana Sert təkcə uğurlu karyerası ilə deyil, sosial media paylaşımları ilə də gündəmdə qalmağı bacarır.
“İnstagram”da 2,2 milyon izləyicisi olan məşhur paylaşımında sağlam həyat tərzinin əhəmiyyətindən bəhs edərək bunları yazıb:
“Xəyalınızdakı bədənə sahib olmaq üçün heç vaxt gec deyil. Bu gün atdığınız addım sabah sizi özünüzün ən güclü versiyasına çevirir. Yaş sadəcə bir rəqəmdir, güclü və sağlam bədən isə seçimdir”.
İvana Sert bildirib ki, idmana başlamaq üçün ideal zamanı gözləməyə ehtiyac yoxdur. Onun sözlərinə görə, sağlam və güclü bədənə sahib olmağın əsas şərti nizam-intizam, davamlı məşq və düzgün həyat tərzidir.
Mənsumə




