Yeniyetmənin zarafatına görə uçuş ləğv edildi

Yeniyetmənin zarafatına görə uçuş ləğv edildi
Kateqoriya məlum deyil
T

Nyu-Yorkdan Palma de Mallorcaya uçan “United Airlines Boeing 767” təyyarəsi uçuşdan 1,5 saat sonra ABŞ-a qayıdıb. Səbəb təyyarədə partlayıcı maddə təhlükəsi olub. 

 

Sfera.az bildirir ki, 30 may şənbə günü axşam “UA236” reysi Newark Liberty Beynəlxalq Hava Limanından İspaniyaya yola düşüb. Lakin, adi transatlantik uçuş tezliklə təyyarədəki sərnişinlər üçün əsəbləri pozan bir səyahətə çevrilib.

 

Stüardessalar səsgücləndiricilər vasitəsilə sərnişinlərdən cihazlarındakı bütün Bluetooth əlaqələrini söndürmələrini xahiş edib. Ekipaj simsiz bağlantı aktiv qalsa, təyyarənin dönməli olacağı barədə xəbərdarlıq edib.


Naməlum şəxs ekipaja Bluetooth sistemində uçuşa təhlükə törədəcək bir şey etdiyini bildirib.

 

Xəbərdarlığa baxmayaraq, ən azı iki Bluetooth cihazı aktiv qalıb və pilotlar transatlantik uçuşu davam etdirmək riskini götürməmək qərarına gəliblər.

 

Atlantik okeanı üzərində 9,7 km hündürlükdə uçarkən pilotlar təcili vəziyyət elan edərək Nyu-Yorka qayıtmaq qərarına gəliblər.

 

İnanılmaz dərəcədə axmaq  "zarafat"

 

Panika məyusluğa çevrilib. Təhlükənin əsl mahiyyəti aydınlaşdıqda məlum olub ki, təyyarədəki fövqəladə vəziyyət inanılmaz dərəcədə ehtiyatsız bir zarafat imiş.

 

Məlum olub ki, sərnişinlərdən biri - 16 yaşlı oğlan, şəxsi Bluetoothunun adını "BOMBA" olaraq dəyişdirib. Yeni bir əlaqə axtaran Bluetooth siqnalları yaxınlıqdakı bütün cihazlara ötürüldüyündən, bu ad həm sərnişinlərin, həm də ekipaj üzvlərinin telefon ekranlarında görünüb və standart təhlükəsizlik protokolu dərhal aktivləşdirilib.

 

Nyu-York Beynəlxalq Hava Limanına eniş edən təyyarəni hava limanı polisi və federal agentlər də daxil olmaqla çox sayda hüquq-mühafizə orqanı əməkdaşı qarşılayıb.

 

Sərnişinlər yalnız pasport və telefonlarla təyyarədən endirilib, avtobuslara mindirilib və təhlükəsizlik işçiləri kabinəni yoxlayarkən təxminən bir saat asfalt yolda qalıblar.

 

Bütün sərnişinlər qeydiyyatdan keçmiş baqaj diqqətlə yoxlanılarkən hava limanı təhlükəsizlik yoxlamasından ikinci dəfə keçməli olublar.

 

“United Airlines” hələlik məsələ ilə bağlı şərh verməyib. Yeniyetməni isə yalnız xuliqanlıq ittihamları deyil, həm də ömürlük uçuş qadağası gözləyir.

 

Aynil

PAYLAŞ