Oğlu “Mango” qurucusunu öldürməkdə şübhəli bilinir: Uçurumdan atıb

Oğlu "Mango" qurucusunu öldürməkdə şübhəli bilinir: Uçurumdan atıb
Kateqoriya məlum deyil
T

Katalaniya polisi Conatan Andiçi atası İsak Andiçin 2024-cü ildə dağ dərəsinə düşməsi ilə bağlı şübhəli şəxs qismində dindirir.

 

Sfera.az bildirir ki, çərşənbə axşamı Eskuadra polisi Conatan Andiçin həbs olunduğunu elan edib. Andiç ailəsinin nümayəndəsi onun atasının ölümü ilə əlaqədar dindirildiyini təsdiqləyib.

 

Xatırladaq ki, məşhur geyim brendi “Mango”nun 71 yaşlı qurucusu 2024-cü ilin dekabr ayında oğlu Conatanla birlikdə Montserratda gəzintiyə çıxarkən 100 metr hündürlükdən dərəyə yıxılaraq vəfat edib. Onun ölümü moda dünyasını kədərləndirib. Polis əvvəlcə onun ölümünü qəza kimi təsnif edib. Lakin 2025-ci ildə müstəntiqlər işi mümkün qətl kimi araşdırdıqlarını açıqlayıblar.


Milyardar dollarlıq imperiyanın varisi məhkəməyə qandallı şəkildə gətirilib.

 

Ötən il yerli media polisin dağlarda baş verən hadisəni izah edəcək heç bir birbaşa və ya təkzibolunmaz dəlil tapmadığını, lakin ümumi götürüldükdə sadə bir qəza versiyasından çox qətl ehtimalı düşünməyə vadar edən bir sıra ipucları aşkar etdiyini bildirib.

 

Ötən ilin sentyabr ayında işə sədrlik edən hakim Conatanı şahiddən mümkün şübhəliyə dəyişdirdi.

 

Andik ailəsi daha sonra mediaya açıqlama verərək: 

 

"Andik ailəsi bütün bu aylar ərzində İsak Andikin ölümü ilə bağlı heç bir şərh verməyib və verməyəcək. Lakin, ailə davam edən istintaqa hörmətlərini bildirmək istəyirlər və indiyə qədər etdikləri kimi, müvafiq orqanlarla əməkdaşlığı davam etdirəcəklər. Onlar həmçinin əmindirlər ki, bu proses ən qısa müddətdə başa çatacaq və Conatan Andikin günahsızlığı sübut olunacaq”-deyə bildirib. 

 

İş adamı bütün bu müddət ərzində atasının ölümündə hər hansı bir əlaqəsini inkar edib. Polis bölməsində iki dəfə atasının dağ gəzintisi zamanı təsadüfən yıxıldığını iddia edib. O, həmin vaxt oraya ailə münaqişəsini həll etmək üçün getdiklərini bildirib. Conatan Andik bu aylar ərzində məxfi saxlanılan istintaq işi üzrə dindirilib.

 

Conatan ifadə vermək üçün bir neçə polis məmurunun müşayiəti ilə Martorell Birinci İnstansiya Məhkəməsinə gəlib. “Mango” şirkətinin qurucusunun oğlu məhkəmə binasına əlləri arxada və qandallı halda gəlib.

 

Andik Ailəsi və “Manqo” – Təfərrüatlar

 

1953-cü ildə İstanbulda Sefard yəhudi ailəsində anadan olan İsak Andiç, 1960-cı illərin sonlarında ailə üzvləri ilə birlikdə Kataloniyaya mühacirət edib və sinif yoldaşlarına futbolka satmağa başlayıb.

 

O, tədricən topdansatışa keçib, 1984-cü ildə ilk “Mango” mağazasını açmazdan əvvəl küçə bazarlarında geyim satıb.

 

Andiç tezliklə Avropada onlarla mağaza açaraq bütün mağazalarda eyni adın, eyni brendin istifadəsinin konsepsiyanı əhəmiyyətli dərəcədə gücləndirəcəyini təxmin edib.  İsak brendin adını Filippində manqo daddıqdan sonra seçib.

 

2010-cu ilə qədər Andiç İspaniyanın ikinci ən varlı adamı idi. 2011-ci ildə “Forbes” onu dünyanın ən varlı insanları siyahısında 221-ci yerdə yerləşdirib və sərvətini 4,8 milyard dollar olaraq qiymətləndirib. 

 

“Mango”nun ən böyük səhmdarı olan Andiçin ölümündə xalis sərvəti 4,5 milyard ABŞ dolları idi və bu, onu Kataloniyanın ən varlı adamı, İspaniyanın isə ən varlılarından biri edirdi.

 

İsak bir dəfə evli olub. Həyat yoldaşından üç övladı var idi: onun yerinə keçən oğlu Conatan və şirkətdə işləyən iki qızı. Ölüm vaxtı o, Barselonada birlikdə yaşadığı məşhur qolfçu Estefania Knut ilə münasibətdə olub.

 

Aynil

 

Gallery image 1
Thumbnail 1
PAYLAŞ