Pançın yeni travması: Qəfəsinə girmək istədilər

Pançın yeni travması: Qəfəsinə girmək istədilər
Kateqoriya məlum deyil
T

Yaponiyada iki ABŞ vətəndaşı dünya üzrə məşhurlaşan Panç adlı balaca makak meymununun saxlanıldığı qəfəsə qanunsuz daxil olmağa cəhd edərkən saxlanılıb.

 

Sfera.az xəbər verir ki, anası tərəfindən tərk edildikdən sonra depressiyaya düşən və sosial şəbəkələrdə tanınan Pançın həyatı diqqət mərkəzində qalmaqda davam edir. 

 

Qeyd edək ki, hadisə heyvanat parklarından birində baş verib. Belə ki, özünü 24 yaşlı universitet tələbəsi kimi təqdim edən şəxs hasarı aşaraq xəndəyə enib və meymunların olduğu əraziyə daxil olmağa çalışıb.

 

Hadisəni lentə alan və özünü 27 yaşlı müğənni kimi təqdim edən digər şəxs də polis tərəfindən saxlanılıb.

 

Sosial şəbəkələrdə yayılan görüntülərdə gün eynəyi və gülən üz maskası taxmış bir şəxsin hasarı aşaraq heyvanların olduğu əraziyə girdiyi görünür. Bildirilir ki, bu hal meymunların qorxaraq ətrafa dağılmasına səbəb olub.

 

Rəsmi açıqlamaya görə, saxlanılan şəxslər heyvanlara fiziki yaxınlıq göstərə bilməyib və qısa müddət ərzində heyvanat parkının əməkdaşları tərəfindən zərərsizləşdirilərək nəzarətə götürülüb.

 

İlkin dindirilmə zamanı təqsirləndirilən şəxslər ittihamları qəbul etməyiblər. Hazırda faktla bağlı araşdırma və hüquqi proses davam edir.

 

Mənsumə


Sfera.az

 


 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
PAYLAŞ