Dünyanın ən hündür binasının tikintisi davam edir - FOTO

Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilində yerləşən Ciddə şəhərində ucalacaq Ciddə Qülləsi tamamlandıqda dünyanın ən hündür binası olacaq.
Sfera.az xəbər verir ki, layihə Dubaydakı 828 metrlik Burj Xəlifəni keçərək rekord qırmağa hazırlaşır.
Qüllənin dəqiq hündürlüyü açıqlanmasa da onun 1000 metri aşacağı və 130-dan çox mərtəbəyə sahib olacağı gözlənilir. Yeni nəhəng binada otel, ofislər, yaşayış sahələri və 157-ci mərtəbədə dünyanın ən hündür müşahidə göyərtəsi fəaliyyət göstərəcək. Tikilidə həmçinin 59 lift, beş ikimərtəbəli lift və 12 eskalator quraşdırılacaq.
Qeyd edək ki, layihənin tikintisinə 2013-cü ildə başlanıb. Lakin tərəfdaşlarla bağlı məhkəmə prosesləri səbəbindən işlər 2018-ci ildə dayandırılıb. Daha sonra COVID-19 pandemiyası tikintini yenidən ləngidib. Son aylarda işlər sürətləndirilib.
Ekspertlərin fikrincə, Çin kimi ölkələr yüksək binalara məhdudiyyətlər tətbiq etdiyi halda, Yaxın Şərq ölkələri kapital gücü və çevik qaydaları sayəsində rekord qıran layihələrlə fərqlənir. Ciddədə ucalacaq Ciddə Qülləsi Səudiyyə Ərəbistanının iqtisadiyyatını şaxələndirmək strategiyasının bir hissəsidir. Krallıq həmçinin Neom adlı meqa layihə və digər turizm investisiyaları ilə diqqət mərkəzində qalmağı hədəfləyir.
Mənsumə
Sfera.az
