11 ildən sonra ortaya çıxan həqiqət şok edici oldu - Fotolar

11 ildən sonra ortaya çıxan həqiqət şok edici oldu - Fotolar
Kateqoriya məlum deyil
T

2002-ci ilin fevral ayında Pensilvaniya sakini Brenda Heist uşaqlarını məktəbə qoyub, daha sonra heç bir iz buraxmadan yoxa çıxıb. On bir il sonra qadının rəsmi olaraq ölü elan edilməsi ilə sirr gözlənilməz bir dönüş edib.

 


Gözlənilmədən qadının tamamilə sağ və salamat olduğu aşkar edilsə də, hadisənin motivləri ailə üzvləri arasında xeyli müzakirələrə səbəb olub.


Sfera.az bildirir ki, Brenda Heistin yoxa çıxmasının sirri 11 ildən sonra açılıb. 

 

Brenda həqiqətən də həmin gün uşaqları məktəbə qoyub gedib, lakin sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Əri Li Heist polisə müraciət edib və cəmi dörd gün sonra polislər onun; içərisində heç bir mübarizə və ya zorakılıq əlaməti olmayan tərk edilmiş avtomobilini tapıblar.

 

Hüquq-mühafizə orqanları Brendanın itkin düşməsində iştirak edənləri axtarmağa başlayıb. Polis cütlüyün zahirən mehriban və səmimi olduğunu, lakin evliliklərinin problemlərlə - mübahisələr, maliyyə problemləri və xəyanət şübhələri ilə dolu olduğunu müəyyən etdikdən sonra şübhə altına düşən ilk şəxs həyat yoldaşı olub.

 

Hüquq-mühafizə orqanları Lini açıq-aşkar bir səbəbi olduğu üçün dindirdi. Lakin uzun bir dindirmə, alibi və poliqrafiya testi onun günahsızlığını təsdiqlədi; dəlil çatışmazlığı səbəbindən azadlığa buraxıldı və iş soyudu.

 

Həyat yoldaşının itkin düşməsindən yeddi il sonra Li rəsmi olaraq onun qanuni olaraq ölü elan edilməsi üçün məhkəməyə müraciət etdi. Cəmi üç il sonra o, həyatını tamamilə dəyişdirdi, başqa bir qadınla evləndi və Pensilvaniyanı tərk etdi.

 

Lakin 2013-cü ildə Florida ştatının hüquq-mühafizə orqanları bir qadını xırda oğurluqda ittiham edərək həbs ediblər. Kimliyini müəyyən etməyə başlayanda məlum olub ki, o, 11 il əvvəl yoxa çıxmış Brenda Heistdir.

 

O həmin səhər parkda oturub üç tanımadığı şəxslə taleyi barədə danışıb. Həmin şəxslər onunla birlikdə Floridaya avtostopla getməyi təklif ediblər və o, bunu edib.

 

Daha sonra polis qadından öyrənib ki, o, sonrakı illərdə fərqli adla - Kelsi Layan Smitlə yaşayıb. Brenda qadının şəxsiyyət vəsiqəsini oğurlayıb, görünüşünü və işini dəyişib, əsl kimliyini gizli saxlayıb - evləri təmizləyib, yalnız nağd pul qəbul edib, sənədlərini işəgötürənlərindən gizlədib və bir işdə qısa müddət qalıb.

 

İtkin düşməsindən sonrakı yeddi il ərzində o, bir kişinin səyyar evində yaşayıb. Tanış olduğu yeni sevgililərinə dul olduğunu və övladı olmadığını deyib.

 

Li Floridadan mərhum həyat yoldaşı Brendanın sağ olduğunu bildirən zəng alanda buna inanmayıb. Lakin polis səhv olmadığındq israr edib, bundan sonra kişi uşaqlara analarının sağ olduğunu deyib.

 

Morganın qızı jurnalistlərə verdiyi müsahibədə anasının hərəkətlərini sanki "içində bir şey qırılıbmış" kimi başa düşə biləcəyini və buna görə də "keçmişini qurdalamayacağını" deyib. Eyni zamanda, qız özünün və qardaşının çox çətin anlar yaşadıqlarını və buna görə də itkin düşmüş analarını həyata qaytarmağa hazır olmadıqlarını bildirib.

 

Hüquq-mühafizə orqanları hadisələrin motivini müəyyən etməyə çalışanda Brenda açıq şəkildə etiraf edib ki, qərarı impulsiv deyil. O, polislərə ailə həyatının yükündən bezdiyini və hər kəsi problemlərdən qurtarmaq istədiyini deyib.

 

"Düşünürdüm ki, mənsiz hər kəs daha yaxşı olacaq".

 

Brenda bir neçə ay həbsdə qaldıqdan sonra azadlığa buraxılıb və Texasdakı anasının yanına köçüb. Uşaqları "dirilməsindən" bəri onunla danışmayıblar.

 

Aynil

 

Gallery image 1
Thumbnail 1
PAYLAŞ