2026-cı ilin səyahət xəritəsi: Dünyanın ən maraqlı turizm istiqamətləri

2026-cı ilin səyahət xəritəsi: Dünyanın ən maraqlı turizm istiqamətləri
Kateqoriya məlum deyil
T

Səyahət həvəskarlarını hər zaman eyni sual düşündürür: haralara səyahət etmək maraqlıdır? CNN bu marağı nəzərə alaraq səfər etmək üçün maraqlı ola biləcək marşrutları müəyyənləşdirib. 


Sfera.az CNN-ə istinadən xəbər verir ki, tərtib olunan siyahıda nadir təbiət hadisələrindən tutmuş mədəniyyət paytaxtlarına qədər geniş seçim imkanları var.

 

Buraya nadir günəş tutulmasının izləniləcəyi bölgələr, qastronomik sürprizlər, təbii fəlakətlərdən sonra yenidən dirçələn turizm mərkəzləri və dünyanın ən uzaq, macəra dolu guşələri daxil edilib. 


Hər bir istiqamət 2026-cı ildə özünəməxsus səbəblərlə fərqlənərək səyahətçilərə unikal təcrübələr vəd edir.


Həmin səyahət marşrutları aşağıdakılardır.


Adelaida, Avstraliya


Şəhər özünün məşhur “Barossa Vadisi” şərab bölgəsi, ekzotik “Kenquru Adası” və füsunkar botanika bağları ilə tanınır. ABŞ-dan təşkil edilən birbaşa uçuşlar bu gözəlliklərə çatmağı daha da asanlaşdırıb.


Əlcəzair


Macəra axtarışında olanlar üçün “Tassili Ajer” Milli Parkı və əfsanəvi “Sahara” səhrası əvəzolunmazdır. 2023-cü ildən tətbiq edilən 30 günlük yeni viza rejimi ölkəni beynəlxalq turistlər üçün daha əlçatan edib.


Bəhreyn

 

Paytaxt Manama özünün tarixi bazarları və müasir lüks otelləri ilə sintez yaradır. “Gulf Air” vasitəsilə ABŞ-dan həyata keçirilən birbaşa reyslər turistlərə böyük rahatlıq yaradır.

 

Brüssel, Belçika

 

Mədəniyyət vurğunları noyabrda fəaliyyətə başlayacaq “Centre Pompidou”, “Komiks Sənəti Muzeyi” və “Art Brussels” sərgisi ilə sənətin daxilinə səyahət edə bilərlər.


Dominika

 

“Kaşalot balina qoruğu”, “Morne Trois Pitons Milli Parkı” və yeni istifadəyə verilən kanat yolu ilə ada əsl ekoturizm cənnətinə çevrilib. “United” və “American Airlines” artıq buraya birbaşa uçuşlara başlayıb.

 

Şərqi Timor

 

Dalğıc həvəskarları üçün “Atauro” adası və “Mərcan Üçbucağı”, tarixsevərlər üçün isə “Baucau” və “Dili”nin mədəni irsi kəşf olunmağı gözləyir. 2026-cı ildə bölgəyə yeni birbaşa uçuşların açılması planlaşdırılır.Bunlarla yanaşı, Yaponiyanın Hokaydo adası, Portuqaliyanın tarixi Porto şəhəri və Yeni Zelandiyanın ekstremal mərkəzi Queenstown da diqqət mərkəzindədir. Görünən odur ki, 2026-cı il səyahət tutqunları üçün yeni üfüqlər və unudulmaz xatirələr ili olacaq.    


Mənsumə
Sfera.az

PAYLAŞ