Bu qadına yaxınlaşan hər kəs ölür

Bu gün Amerikada insanların əksəriyyəti Lori Vallow Daybelli "apokalipsisin anası" kimi tanıyır. Bəziləri onu "canavar" və "kult ana" adlandırırlar. Vallow Daybell və hazırkı əri Çad Daybell övladları JJ Vallow (7) və Tylee Ryanı (16) öldürməkdə ittiham olunurlar. Evli cütlük keçmiş həyat yoldaşlarının sirli ölümləri ilə bağlı digər ittihamlarla da üzləşirlər.
Sfera.az bildirir ki, bu "əsl cinayət" hekayəsi 2019-cu ildən bu günə qədər davam edir. İki uşağın anaları tərəfindən öldürülə biləcəyi fikri qan dondurur. Bu hekayə həqiqətən uzun və mürəkkəbdir, amma sizə mümkün qədər qısa və aydın şəkildə çatdıracağıq. Əvvəl Lori Vallow Daybellin həyatı haqqında danışaq.
Hekayə Lori adlı bir qadının iş adamı Çarlz Vallow ilə evlənməsi ilə başlayır.
Cütlüyün dostları iddia edirlər ki, Lori və Çarlz xoşbəxt bir evlilik yaşayıblar. Bu arada, Lorinin əvvəlki evliliyindən Tayli adlı bir qızı var idi. Cütlük Taylini birlikdə böyüdüblər. 2014-cü ildə cütlük Çarlzın bacısının nəvəsi JJ Vallowu da övladlığa götürüblər. JJ-də autizm spektr pozğunluğu var idi. Lakin Lori səbirli və fədakar bir ana kimi görünürdü. Digər tərəfdən, Tayli və JJ çox yaxşı yola gedirdilər.
Şahidlər qeyd edirlər ki, Lorinin uşaqları ilə münasibətləri 2017-ci ildə dəyişib.
İddialara görə, Lori; Lori xristianlıq və apokalipsis haqqında yazan Çad Daybell adlı bir kişinin kitablarını oxumağa başlamışdı. Çadın yazıları tez-tez dünyanın sonuna hazırlaşmaq və çətin anlarda dini sədaqəti qorumaq kimi mövzulara toxunurdu. O, həmçinin eyni mövzuları müzakirə etdiyi podkastlarda iştirak edirdi. Çad inanılmaz dərəcədə dindar idi. Lori onun kitablarına aludə idi. O, yalnız Çadın yazılarını oxuyurdu və ətrafındakıları da onları oxumağa məcbur edirdi.
Lori Çada çatmaq üçün qətiyyətli idi. Nəhayət, onun arzusu gerçəkləşdi və cütlük 2018-ci ildə tanış oldu. Onlar birlikdə podkastlar hazırlamağa başladılar. Çad, Lori kimi, evli idi. Onun və həyat yoldaşı Tammi Deybellin beş övladı var idi. Onunla görüşdükdən sonra Lori dostları ilə ruhları "qaranlıq məxluqlar" ilə əvəz olunmuş "zombilər" haqqında danışmağa başladı. O, həmçinin əri Çarlzı "cin" adlandırdı.
2019-cu ilə qədər Lorinin söhbətlərindən son dərəcə narahat olan Çarlz polisə müraciət etdi.
Bu vaxt Lori özünü apokalipsisə hazırlaşan "tanrı" hesab edirdi. O, həmçinin əri Çarlzı öldürməklə hədələdi. Nəhayət, Çarlz məhkəmə ərizəsində özünün və uşaqlarının təhlükəsizliyindən narahat olduğunu yazaraq boşanma üçün ərizə verdi.
Boşanma prosesi davam edərkən, Çarlz oğlu JJ-ni məktəbə aparmaq üçün Lorinin uşaqlarla birlikdə yaşadığı Arizonadakı evinə getdi. Təəssüf ki, evə girəndə Lorinin qardaşı Aleks Koks tərəfindən vurularaq öldürüldü. Səlahiyyətlilər gəldikdə, Aleks Lori ilə Çarlzın dalaşdığını və bacısını qoruduğunu iddia etdi. Aleks kimi, Lori və Tayli də oxşar ifadələr verdilər.
Yazıq Çarlz öldükdən sonra Lori uşaqlarını və qardaşını götürüb Çarlzın evinə köçdü. Təxminən bu vaxtlarda Lori və Çad Deybell də yaxınlaşmağa başlamışdılar.
Bir gün Lori uşaqları və qardaşı ilə Yellouston Milli Parkına getdi. Taylinin yoxa çıxmazdan əvvəlki son şəkli orada çəkildi.
Bu müddət ərzində Lori uşağı Taylidən zombi kimi bəhs etməyə başladı. Uşaq qəfildən yoxa çıxdı. Bacısının itkin düşməsindən bir neçə həftə sonra JJ də qəfildən yoxa çıxdı. Şahidlərin sözlərinə görə, Lori JJ-ni də zombi kimi təsvir etməyə başlamışdı.
Lorinin uşaqları hələ də itkin düşmüşkən, Çad Deybellin ailəsi ayrı bir faciə yaşayırdı. Çadın həyat yoldaşı Tammi qəfildən öldü. Oğulları Garth Daybell, anasının yataqda öldüyünü bilən kimi atası ilə birlikdə 911-ə zəng etdiklərini deyib. Ailə yarılmadan imtina etdi və Tamminin ölümü təbii səbəblərlə əlaqələndirildi. Bu, təəccüblü deyildi, çünki Tammi ölümündən bir müddət əvvəl sağlamlıq problemləri yaşayırdı.
Cəmi bir neçə il ərzində nə uşaqlar, nə də keçmiş həyat yoldaşları qalmadı. Bununla da Lori və Çad evlənə bildilər.
Tamminin ölümündən təxminən iki həftə sonra Lori Vallow və Çad Deybell Havaydakı bir çimərlikdə evləndilər. Elə həmin ay JJ-nin nənəsi Kay Woodcock polisdən JJ-ni yoxlamasını istədi. Nənə aylardır JJ-dən xəbər almadığı üçün narahat idi. Rexburg polisi JJ-ni axtarmaq üçün Lorinin evinə getdi.
Lori polisə JJ-nin təhlükəsiz olduğunu və dostu Melanie Gib ilə Arizonada qaldığını bildirib. Daha sonra bunun yalan olduğu sübut edilib. Rexburg polisi JJ-ni axtararkən, müstəntiqlər tezliklə onun bacısı Taylinin də itkin düşdüyünü anlayıblar. Uşaqlar üçün ölkə miqyasında axtarış başlayıb. Müstəntiqlər itkin düşmüş uşaqları axtararkən, Lori və Çad Daybell Havaya qayıdıblar.
2019-cu ilin dekabr ayına qədər polis Tammi Daybellin ölümündən də şübhələnməyə başlayıb. Cəsədini autopsiya üçün çıxarıblar. Elə həmin ay Lorinin qardaşı Alex Cox Arizonada müəmmalı şəkildə ölüb. Onun ölümünün təbii səbəblərdən olduğu müəyyən edilib.
Hakimiyyət orqanları Loridən uşaqların təhlükəsiz olduğuna dair sübut təqdim etməsini tələb ediblər. Bu sübutu təqdim edə bilməyən Lori Havayda həbs edilib. Həbs olunduqdan sonra belə, Lori uşaqların harada olduğunu açıqlamaqdan imtina edib.
9 iyun 2020-ci ildə FTB Çad Daybellin evinə basqın edib. Daybellin evində aparılan qazıntılardan sonra JJ və Taylinin cəsədlərini tapıblar. Digər tərəfdən, bağda insanlara aid olduğu düşünülən digər qalıqlar da var idi. Çad Deybell həbs edilib. Növbəti il Çad və Lori JJ və Taylinin ölümünə görə birinci dərəcəli qətldə ittiham ediliblər.
Çad həmçinin ilk həyat yoldaşı Temmi Deybellin qətlində ittiham olunsa da, o, bütün ittihamları rədd edib. Bu arada, Lorinin işi onun zehni qeyri-sabitliyi iddiası ilə dayandırıldı. Bütün bunlara baxmayaraq, Çadın uşaqları atalarının günahsız olduğuna inandıqlarını bildiriblər. Onlar Aleks və Lorinin ona böhtan atdığını düşünürdülər.
Hazırda həm Çadın, həm də Lorinin iüişləri davam edir. Çadın ölüm hökmü ilə üzləşməsi ehtimalı var. Lorinin məhkəməsi də davam edir. Bu mövzuda “Netflix”də "Anamın günahları" adlı mini-serial da var.
Aynil






