Həftə bu bürclər üçün şanslı olacaq - Ulduz falı

Həftə bu bürclər üçün şanslı olacaq - Ulduz falı
Kateqoriya məlum deyil
T

Bu həftə daha çox ünsiyyət, daxili balans və mövcud vəziyyətin təhlili ön plana çıxır. Yeni və riskli qərarlar verməkdənsə, mövcud işləri qaydaya salmaq və münasibətləri analiz etmək tövsiyə olunur.


Sfera.az bu həftənin bürc proqnozunu təqdim edir: 


Qoç


Bu həftə maliyyə sahəsində yeni imkanlar yarana bilər. Risk etmək mümkündür, lakin qərar verməzdən əvvəl detalları diqqətlə yoxlamaq vacibdir. Sevgi həyatında isə səbirli olmaq tövsiyə edilir.


Buğa


Özünüzə qoyduğunuz sərt qaydaları bir qədər yumşaltmaq sizə yeni fürsətlər aça bilər. Münasibətlərdə daha anlayışlı və rahat davranmaq uğur gətirə bilər.


Əkizlər

 

İntuisiyanız bu həftə güclü olacaq. Qarşılaşdığınız situasiyalarda daxili səsinizə güvənmək düzgün qərar verməyə kömək edəcək.


Xərçəng


Seçim qarşısında qala bilərsiniz. Təhlükəsiz və ya riskli variant arasında qərar verməli olacaqsınız. Münasibətlərdə müəyyən dəyişikliklər mümkündür.


Şir


Gün planlı və strateji hərəkətlərdən asılı olacaq. Xüsusilə karyera ilə bağlı məsələlərdə hazırlıq və dəqiqlik vacibdir.


Qız


Yarımçıq qalan işləri tamamlamaq üçün əlverişli gündür. Səyləriniz həm işdə, həm də şəxsi həyatda müsbət nəticələr verə bilər.


Tərəzi


Balans yaratmaq bu həftə əsas məsələdir. İş və şəxsi həyat arasında düzgün seçim etməli ola bilərsiniz.


Əqrəb


Emosiyalar güclənə bilər. Xüsusilə ailə və sevgi mövzularında qərar verərkən tələsməmək tövsiyə olunur.


Oxatan


Enerji və motivasiyanız yüksək olacaq. Yeni tanışlıqlar və maraqlı ünsiyyətlər gündəminizi dəyişə bilər.


Oğlaq


Liderlik xüsusiyyətləriniz ön plana çıxacaq. Romantik sahədə isə gözlənilməz xəbərlər alma ehtimalı var.


Dolça


Ünsiyyət tərzinizi dəyişmək faydalı ola bilər. Açıq və səmimi dialoq problemlərin həllinə kömək edəcək.


Balıqlar


Maliyyə və ailə məsələlərinə diqqət yetirmək lazımdır. Açıq söhbətlər münasibətlərin daha sağlam qurulmasına şərait yaradacaq.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ