Logo

Uzun və sağlam həyatın 5 qızıl VƏRDİŞİ

Uzun və sağlam həyatın 5 qızıl VƏRDİŞİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Uzun, sağlam və xoşbəxt bir həyat yaşamaq bir çox insanın əsas məqsədlərindən biridir.

Sfera.az xəbər verir ki, davranış alimi Artur Bruks bu məsələ ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

O, Harvard universitetinin “Yetkin İnkişaf  Tədqiqatı”na istinad edərək uzun və xoşbəxt həyat yaşayan insanların gündəlik vərdişlərini açıqlayıb.

Mütəxəssisin fikrincə, sağlam və uzun ömür üçün aşağıdakı 5 vərdiş xüsusi əhəmiyyət daşıyır:

1.    Düzgün qidalanma

Sağlam porsiyalarla qidalanmaq və müntəzəm yemək vərdişi həm fiziki, həm də zehni sağlamlığa müsbət təsir göstərir. Balanslı qidalanma uzun və sağlam həyatın əsas şərtlərindən biri hesab olunur.

2.    Müntəzəm məşq

Bruksun sözlərinə görə, orta intensivlikdə və davamlı fiziki aktivlik orqanizm üçün faydalıdır, eyni zamanda xoşbəxtlik səviyyəsini artırır.

3.    Siqaret və alkoqoldan uzaq durmaq

Mütəxəssis siqaret və spirtli içkilərin zərərlərinə diqqət çəkərək bildirib ki, asılılıqdan uzaq olan və ya bu vərdişləri tərgitmiş insanlar daha sağlam və xoşbəxt həyat sürürlər.

4.    Öyrənməyə açıq olmaq

Yeni biliklərə açıq olmaq və daim öyrənmək zehni sağlamlığa müsbət təsir göstərir. Ömür boyu öyrənən insanlar həm daha aktiv, həm də daha məmnun həyat yaşayırlar.

5.    Problemləri səmərəli həll etmək bacarığı

Həyatdakı çətinliklərlə düzgün mübarizə aparmaq xoşbəxtliyin əsas şərtlərindən biridir. Bu bacarıq terapiya, gündəlik yazmaq və ya sadə gəzintilər kimi üsullarla inkişaf etdirilə bilər.

Mütəxəssislər bildirirlər ki, bu vərdişlərin gündəlik həyata tətbiqi həm uzunömürlülüyə, həm də ümumi həyat keyfiyyətinə müsbət təsir göstərir.

Mənsumə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR