"Apple"dan yenilik - Təhlükəsizlik artırılacaq

"Apple"dan yenilik - Təhlükəsizlik artırılacaq
Kateqoriya məlum deyil
T

Texnologiya nəhəngi "Apple" "iPhone" istifadəçiləri üçün növbəti yeniləməyə hazırlaşır. Şirkət sistemdəki boşluqları aradan qaldıracaq və təhlükəsizliyi maksimuma çatdıracaq iOS 26.4.1 versiyasının sınaqlarına başlayıb.


Sfera.az xəbər verir ki, "MacRumors"un qeydlərinə əsasən, "Apple" mühəndisləri yeni versiyanın rəsmi təqdimatı üçün hazırlıqları yekunlaşdırmaq üzrədir.


Yeniləmə nə vaxt istifadəyə veriləcək?


Kritik əhəmiyyətli bu yeniləmənin bu həftənin sonu və ya gələn həftənin əvvəlində hamı üçün əlçatan olacağı gözlənilir. Yeniləmə əsasən sistemdəki xətaların düzəldilməsinə və cihazların kiberhücumlardan qorunmasına fokuslanacaq.


Tibbi görüntüləmədə yeni mərhələ


Yeni proqram təminatının ən diqqətçəkən tərəfi keçən ay satışa çıxarılan "Studio Display XDR" monitorları ilə bağlıdır. Belə ki, iOS 26.4.1 ilə paralel olaraq "Tibbi Görüntüləmə Kalibratoru"nun da təqdim edilməsi gözlənilir.


"9to5Mac"ın məlumatına görə, ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən artıq təsdiqlənmiş bu xüsusiyyət sayəsində radioloqlar "Visage 7" kimi tətbiqlərdən gələn diaqnostik görüntüləri birbaşa monitor üzərindən yüksək dəqiqliklə araşdıra biləcəklər.


Eyni zamanda, "Apple"ın "Mac" kompüterləri üçün macOS 26.4.1 və "Studio Display XDR" üçün xüsusi proqram yeniləmələrini də eyni vaxtda buraxacağı ehtimal edilir.


Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ