Kişilər qadınlarda nələrə dözə bilmir? - Münasibətlərdə gizli narazılıqlar

Kişilər qadınlarda nələrə dözə bilmir? - Münasibətlərdə gizli narazılıqlar
Kateqoriya məlum deyil
T

Münasibətlər haqqında tez-tez belə düşünülür, kişi aşiq olduqdan sonra heç nə onu dayandıra bilməz, 
lakin reallıq daha mürəkkəbdir.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə mütəxəssislər xəbərdarlıq edir.

 

Bildirilir ki, münasibətin ilk dövrlərində bəzi xırda səhlənkarlıqlar diqqət çəkməyə bilər. Lakin zaman keçdikcə şəxsi gigiyenaya diqqətsizlik kişilərdə narahatlıq yaradır. Bədən qoxusu, baxımsızlıq və özünə qayğının azalması münasibətdə soyuqluq yarada bilər.

 

Mütəxəssislər qeyd edir ki, ev şəraitində belə səliqəli olmaq tərəfdaşa hörmətin göstəricisidir.

 

Həddindən artıq səliqəsiz ev mühiti də kişilərdə mənfi təəssürat yaradır. Yığılmamış paltarlar, dolu zibil qutuları və mətbəxdə qarışıqlıq çox vaxt məsuliyyətsizlik kimi qəbul olunur. Bu isə zamanla hörmət və marağın azalmasına səbəb ola bilər.

 

Məlumata görə, bəzi kişilər bədənlə bağlı çox detallı və açıq söhbətlərdən narahat olur. Xüsusilə intim və fizioloji mövzuların geniş şəkildə müzakirəsi hər kəs üçün komfortlu deyil. Bu səbəbdən belə mövzuların daha incə formada çatdırılması tövsiyə olunur.

 

Gündəlik baxım prosedurları normal hesab olunsa da, onların açıq şəkildə nümayiş etdirilməsi bəzi kişilər tərəfindən mənfi qarşılanır. Bu, cazibədarlığın azalmasına səbəb ola bilər.

 

Mütəxəssislər vurğulayır ki, kişilər üçün ən həssas məqamlardan biri davamlı hörmətsizlik və istehzadır. Daimi tənqid və sarkazm münasibətlərdə emosional uzaqlaşmaya gətirib çıxarır.

 

Nəticə olaraq, psixoloqlar bildirir ki, sağlam münasibətlərin əsasında qarşılıqlı hörmət, diqqət və empatiya dayanır. Kiçik görünən davranışlar belə zamanla böyük təsir yarada bilər.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ