Həsənağa Turabovun doğum günüdür

Həsənağa Turabovun doğum günüdür
Kateqoriya məlum deyil
T

Martın 24-də Azərbaycan teatr və kino aktyoru, rejissoru, Xalq artisti Həsənağa Turabovun doğum günüdür.

 

Sfera.az xəbər verir ki, Həsənağa Turabov 1938-ci ildə Bakı şəhərində anadan olub.

 

O, 31 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub.

 

Elə həmin ildən Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb.

 

1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilib, neçə-neçə klassik və müasir əsər səhnəyə qoyulub.

 

O, səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib.

 

Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Adil İsgəndərov və neçə-neçə başqa sənətkarlarla tərəf-müqabil olub.

 

Səhnədə yaratdığı rollar arasında "Vahid" ("Kəndçi qızı"), "Azər" ("Yaxşı adam"), "Hamlet" ("Hamlet"), "Lionel" ("Orman qızı"), "İsgəndər" ("Ölülər"), "Xəyyam" ("Xəyyam") xüsusilə seçilir./Bizim.Media

PAYLAŞ