Bu 3 bürc üçün yeni dövr başlayır -ADLAR

20 mart etibarilə Günəşin Qoç bürcünə keçməsi ilə bütün bürclər üçün yeni və hərəkətli bir mərhələ başlayır. Astroloqların fikrincə, bu keçid uzun müddətdir davam edən durğunluğu sona çatdırır və həyatın müxtəlif sahələrində daha cəsarətli addımlar atılmasına zəmin yaradır.
Saturn və Neptunun Qoç bürcündə, Plutonun isə Dolça bürcündə yerləşməsi göy xəritəsində mühüm dönüş nöqtəsinə işarə edir. Bu düzülüş, uzun müddətdir təxirə salınan iş, sevgi və ailə ilə bağlı məsələlərin artıq qaçılmaz şəkildə həll olunacağını ya da tamamilə dağılacağını göstərir.
Sfera.az bu bürcləri təqdim edir:
Qoç
Astroloqlara görə, Qoç bürcü üçün şəxsi dövr rəsmi olaraq başlayır. Uzun müddət başqalarının problemlərini həll etməyə çalışan Qoçlar artıq diqqəti öz həyatlarına yönəldəcəklər. Yeni iş, yeni layihə və ya münasibətlə bağlı “davam, yoxsa tamam?” qərarı yaxın günlərdə əsas mövzuya çevrilə bilər.
Xərçəng
Xərçəng bürcləri üçün isə bu dövr karyera sahəsində ciddi dəyişikliklər vəd edir. Artıq kölgədə qalmaq və ya köhnə üsullara sığınmaq mümkün olmayacaq. Daha böyük məsuliyyətlər götürən Xərçənglər komfort zonasından çıxaraq peşə həyatlarında mühüm mövqeyə yüksələ bilərlər.
Oxatan
Bu bürc üçün çətin günlərin ardından sevgi, yaradıcılıq və sevinc yenidən ön plana çıxır. Astroloqlar bildirirlər ki, Oxatanlar bu dövrdə onları həqiqətən xoşbəxt edən şeyləri yenidən xatırlayacaq, şəxsi məmnuniyyətlərini daha ciddi qəbul edəcək və bununla bağlı real qərarlar verəcəklər.
Fidan Hacızadə
Sfera.az
