Bu tarixlərdə doğulanlar daha şanslıdır

Bu tarixlərdə doğulanlar daha şanslıdır
Kateqoriya məlum deyil
T

Planetlərin və rəqəmlərin enerji təsirlərini araşdıran mütəxəssislər doğum tarixlərini dörd əsas kateqoriyaya ayırıblar. 

 

Sfera.az türk mediasına istinadən xəbər verir ki, onların iddiasına görə, hər qrup müəyyən bir səma cisminin təsiri altında olur və bu təsir insanın xarakterinə, həyat yoluna, hətta taleyində dəyişiklik yaradır.


Araşdırmada qeyd olunur ki, ayın 1-i, 10-u, 19-u və 28-də doğulan şəxslər Günəşin təsiri altındadır. Mütəxəssislərin fikrincə, bu insanlar yüksək özünəinamı, güclü aurasi və liderlik xüsusiyyətləri ilə seçilirlər. Onlar uğurun arxasınca qaçmaq əvəzinə, uğuru özlərinə çəkirlər. Həmçinin bu qrupun mənfi enerjilərdən daha az təsirləndiyi vurğulanır.

 

Ayın 9-u, 18-i və 27-də dünyaya gələnlərin isə Marsın himayəsində olduğu deyilir. Numeroloqlar bu tarixlərdə doğulanları “döyüşçü ruhlu” insanlar kimi xarakterizə edir. Onların cəsarətli, enerjili və çətinliklər qarşısında geri çəkilməyən təbiətə sahib olduqları qeyd olunur. Hesabata görə, bu şəxslər çox vaxt başqalarının mümkünsüz hesab etdiyi hədəflərə çatmağı bacarırlar.

 

Ayın 5-i, 14-ü və 23-də doğulanların Merkuri planeti tərəfindən idarə olunduğu bildirilir. Bu şəxslər xarizmatik, ünsiyyətcil və risk almaqdan çəkinməyən insanlar kimi tanınırlar. Araşdırmada onların güclü ünsiyyət bacarıqları sayəsində ətrafdakıların etibarını qazandıqları, bu xüsusiyyətlərini isə həm sosial, həm də maddi uğura çevirməyi bacardıqları qeyd edilir.

 

Siyahının sonuncu qrupuna isə ayın 3-ü, 12-si, 21-i və 30-da doğulanlar daxildir. Bu tarixlərdə doğulanların Yupiterin təsiri altında olduqları vurğulanır. Mütəxəssislər bildirirlər ki, bu insanlar bilik, şans və müsbət enerji ilə assosiasiya olunur. Onların həm maddi rifah, həm də güclü sosial əlaqələr baxımından daha uğurlu olduqları iddia edilir. Həssas xarakterləri və dinləmə bacarıqları səbəbindən isə ətraflarında tez-tez problem həll edən və sülh yaradan insanlar kimi tanınırlar.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ