“X” platformasında yenilik - Bu funksiya istifadəyə veriləcək

"X" platformasında yenilik - Bu funksiya istifadəyə veriləcək
Kateqoriya məlum deyil
T

Milyarder iş adamı İlon Mask, "X" platformasında uzun müddətdir gözlənilən “bəyənməmə” düyməsinin yaxın zamanda aktivləşdiriləcəyini açıqlayıb. Bu yeni funksiya ilə istifadəçilər platformadakı məzmun haqqında mənfi rəy bildirə biləcəklər.


Sfera.az xəbər verir ki, İlon Mask "bəyənməmə" düyməsinin yalnız təsdiqlənmiş hesablar üçün aktivləşdiriləcəyini bildirib.

 

Mask bu qərarın əsas səbəbinin spam bot hücumlarının qarşısını almaq olduğunu vurğulayıb.


Təsdiqlənmiş istifadəçilərin yalnız bu funksiyadan faydalana bilməsi, zərərli qrupların funksiyanı sui-istifadə etməsinin və məzmunu kütləvi şəkildə hədəf almasının qarşısını almaq məqsədini güdür.

 

Mənsumə
Sfera.az

PAYLAŞ