“Arka Sokaklar”ın çəkilişində çətin anlar yaşanıb - FOTO

Kateqoriya məlum deyil
T
Ekranların sevilən aktyoru Berk Oktay 15 il əvvəl “Arka Sokaklar” serialının çəkiliş meydançasında yaşadığı maraqlı bir anı Aslı Şafakın “İşin Aslı” verilişində paylaşıb.
Sfera.az xəbər verir ki, Berk Oktay serialın bir səhnəsində kanalizasiyaya girməli olduğunu və bunu özü çəkdiyini açıqlayıb.
Oktay “Kanalizasiya səhnəsi var idi və mən aşağı düşməli olan personaj idim. Operatorların çirklənməsinin qarşısını almaq üçün səhnəni özüm çəkdim” deyərək, çəkiliş arxasında yaşanan komik və eyni zamanda çətin anları xatırlayıb.
Berk Oktay çəkilişlərdən sonra özünü hamamda tapdığını da bildirib. Bu xatirə aktyorun həm işinə olan bağlılığını, həm də gülməli tərəflərini ortaya qoyur.
Mənsumə
Sfera.az


