Günün şanslı bürcləri bunlardır - ADLAR

Günün şanslı bürcləri bunlardır - ADLAR
Kateqoriya məlum deyil
T

Bu gün münasibətlər və maliyyə mövzularında daha ciddi və realist yanaşma ön plandadır. Özünüzə sərhəd qoymaq, lazımsız şeylərdən imtina etmək və daha yetkin qərarlar vermək üçün uyğun zamandır.  

 

Sfera.az bu günün qoroskopunu təqdim edir: 

 

Qoç

 

Bu gün öz dəyərini daha yaxşı anlayırsan. Artıq kiminsə sevgisini qazanmaq üçün həddindən artıq səy göstərmək istəmirsən.

 

Buğa


Bu gün bir az geri çəkilib düşünmək istəyəcəksən. Bu, zəiflik deyil, sadəcə enerjini qorumaqdır.

 

Əkizlər


Dost çevrəndə təmizlənmə başlayır. Kim həqiqətən sənin yanındadır, onu daha aydın görəcəksən.

 

Xərçəng


Karyera və imic məsələləri ön plana çıxır. Özünü sübut etmək üçün ciddi addımlar ata bilərsən.

 

Şir


Düşüncə və həyat baxışların dəyişir. Daha dərin və ciddi istiqamət seçmək istəyəcəksən.

 

Qız


Münasibətlərdə açıq danışmaq vacibdir. Gizlətmək əvəzinə dürüstlük sənə güc verəcək.

 

Tərəzi


Sevgi və münasibətlərdə “oyun bitir”, real yanaşma başlayır. Kim səninlə eyni yoldadır- bu gün aydınlaşır.

 

Əqrəb


Gündəlik həyatını düzənə salmaq istəyəcəksən. Disiplin bu gün sənin əsas silahındır.

 

Oxatan


Sevgi və yaradıcılıqda daha ciddi yanaşma var. Sadə maraqlar artıq səni qane etmir.

 

Oğlaq


Ev və ailə mövzuları ön plana çıxır. Özün üçün daha təhlükəsiz və rahat mühit qurmaq istəyəcəksən.

 

Dolça


Dediklərin bu gün daha çox təsir edəcək. Vacib söhbətlər üçün yaxşı zamandır.

 

Balıqlar

 

Öz dəyərini yenidən qiymətləndirirsən. Maddi və emosional olaraq “azına razı olma” dövrü bitir.  

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ