Kıvanç Tatlıtuğun ətir sevgisi: “Evimdə 150 ətir var”

Kıvanç Tatlıtuğun ətir sevgisi: "Evimdə 150 ətir var"
Kateqoriya məlum deyil
T

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ son açıqlamaları ilə pərəstişkarlarını təəccübləndirib. 


Sfera.az xəbər verir ki, ekranlarda olduğu qədər şəxsi həyatı ilə də maraq doğuran Tatlıtuğ ilk dəfə ətir kolleksiyası ilə bağlı səmimi etirafını edib.


Tatlıtuğ qatıldığı bir proqramda ona verilən “Ehtiyacınız olmasa da belə şeylər alırsınız?” sualına cavab verərək ətirlərə olan böyük sevgisini açıqlayıb.

 

“İcazə verin, bir etiraf edim. Təxminən 150 ətirim var, ətirləri sevirəm”, - deyə aktyor bildirib.

 

Bu açıqlama onun şəxsi həyatına dair maraqlı bir detala işarə edir.


Aktyor yalnız ətirlərlə bağlı deyil, şəxsi qorxularını da açıqlayıb. Yaraşıqlı aktyor “Tək qalmaqdan qorxuram”, deyərək tək qalmağın ona narahatlıq verdiyini etiraf edib. Bu açıqlama aktyorun sosial bir insan olduğunu və yalnızlıqdan qaçdığını göstərir.


K.Tatlıtuğun bu etirafları həm şəxsi həyatına olan marağı artırıb, həm də onun pərəstişkarları ilə daha səmimi bir əlaqə qurmasına səbəb olub.

 

Mənsumə
Sfera.az

PAYLAŞ