Məşhur rusiyalı balerina Roma konsertindən kənarlaşdırıldı

İtaliyada Rusiya mədəniyyət xadimlərinin beynəlxalq tədbirlərdə iştirakı ilə bağlı yeni mədəni və siyasi qalmaqal yaranıb.
Sfera.az bildirir ki, məşhur rusiyalı balerina Svetlana Zaxarova 20-21 mart tarixlərində Romada keçirilməsi planlaşdırılan Les Etoiles rəqs qala konsertindən kənarlaşdırılıb. Bu, rusiyalı sənətçilərin İtaliyadakı mədəni tədbirlərdə iştirakı ilə bağlı daha bir siyasi mübahisədən sonra baş verib.
Balet qalasının təşkilatçıları tanınmış prima balerinası Zaxarovanın Kremllə əlaqələrini əsas gətirərək iştirakçılar siyahısından çıxarıblar.
Moskvanın “Bolşoy Teatr”ının ulduzu Zaxarova Rusiya prezidenti Vladimir Putinin fəal tərəfdarıdır. Onun 20-21 mart tarixlərində İtaliya paytaxtında keçiriləcək “Les Etoiles” qala konsertində çıxış etməsi planlaşdırılırdı. Qeyd edək ki, 46 yaşlı Zaxarova Ukraynada anadan olub və 2008-ci ildən 2012-ci ilə qədər Vahid Rusiya partiyasının Rusiya parlamentinin üzvü olub. Yanvar ayında Ukrayna səfirliyinin etirazlarından sonra o, Florensiya incəsənət festivalından kənarlaşdırılıb.
Qeyd edək ki, Venesiya Biennalesinin yenidən açmaq barədə qərarından sonra Zaxarova "Les Etoiles"dən kənarlaşdırılıb. Biennale 2022-ci ildə Moskvanın Ukraynaya müdaxiləsindən sonra bağlanıb.
İtaliya Baş nazirinin müavini Matteo Salvini Biennalenin keçirilməsi qərarını dəstəkləyib. O, Zaxarovanın kənarlaşdırılmasını "rusofobiya" adlandırıb.
"Bu müharibəyə son qoymaq üçün səy göstərməliyik. Rus rəqqaslarını, sənətçilərini və ya idmançılarını kənarlaşdırmaq münaqişəni həll etmir, əksinə onu daha da çətinləşdirir"- deyə o bildirib.
İtaliya təşkilatları bir neçə dəfə rus sənətçilərini tədbirlərinə dəvət etməyə cəhd göstərsələr də, geri çəkiliblər.
Ötən il İtaliyada Putinə yaxın hesab edilən rusiyalı dirijor Valeri Gergiyevin planlaşdırılan iştirakı səbəbindən Neapolda klassik musiqi konserti ləğv edilmişdi.
Aynil
