Süni intellekt qadınları daha çox təhdid edir - ARAŞDIRMA

Süni intellekt qadınları daha çox təhdid edir - ARAŞDIRMA
Kateqoriya məlum deyil
T

ABŞ-də aparılan yeni araşdırma süni intellekt texnologiyalarının əmək bazarında qadınlara daha ağır təsir göstərə biləcəyini ortaya qoyub. 

 

Sfera.az  “Washington Post” nəşrinə istinadən xəbər verir ki, tədqiqat nəticələrinə görə, süni intellekt tərəfindən risk altında hesab edilən peşələrdə çalışanların 86 faizi qadınlardır. 


“GovAI” beyin mərkəzi və “Brookings” İnstitutunun tədqiqatçıları süni intellektin müxtəlif peşə qruplarına təsirini araşdırıblar. Hesabatda qeyd olunub ki, avtomatlaşdırmanın yaratdığı risklər cəmiyyət arasında bərabər bölüşdürülmür və xüsusilə qadınların üstünlük təşkil etdiyi peşələr daha həssas vəziyyətdədir. Araşdırmaya əsasən, işçilərinin 77 faizinin qadınlardan ibarət olduğu tərcümə peşəsi süni intellekt tərəfindən əvəzlənmə baxımından “çox yüksək riskli” sahələrdən biri kimi göstərilib. Bundan başqa, işçilərinin 95 faizinin qadın olduğu icraçı köməkçiləri peşəsinin də süni intellektin inkişafı səbəbindən risk altında olma ehtimalının “yüksək” olduğu vurğulanıb. Eyni zamanda tədqiqat bütün qadınların çoxluq təşkil etdiyi peşələrin eyni dərəcədə təhlükə altında olmadığını da ortaya çıxarıb. Belə ki, işçilərinin 78 faizinin qadın olduğu uçuş işçiləri və 88 faizinin qadın olduğu köməkçi tibb bacıları peşələrinin süni intellekt tərəfindən əvəzlənmə ehtimalı aşağı səviyyədə qiymətləndirilib.


Süni intellektin əmək bazarına təsiri gələcəkdə yalnız texnoloji deyil, həm də sosial və gender bərabərliyi baxımından ciddi müzakirələrə səbəb olacaq. Bu dəyişikliklər fonunda qadınların daha çox təmsil olunduğu peşə sahələri üçün yeni uyğunlaşma strategiyalarına ehtiyac yaranacaq.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ